“Samsunq” şirkəti ABŞ-dakı bütün "Qaleksi Not 7" (Galaxy Note 7) smartfonlarını məcburi şəkildə söndürəcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, şirkət xüsusi proqram təminatı tətbiq edəcək və cihazlar yararsız hala düşəcək. Bu proqram smartfonun şarj olunmasını və mobil şəbəkələrə qoşulmasını əngəlləyəcək. Nəticədə smartfon mobil cihaz kimi fəaliyyətini tam itirəcək. Proqram təminatı dekabrın 19-da bütün smartfonlara göndəriləcək.
Xatırladaq ki, sentyabrın əvvəlində “Samsunq” şirkəti alışma və yanma təhlükəsi ilə əlaqədar “Galaxy Note 7” smartfonlarının sahiblərinə müraciət edərək, onları cihazları söndürməyə və başqaları ilə dəyişdirməyə çağırıb. Daha sonra şirkət bu smartfonların satışını və istehsalını dayandırıb. Nəticədə üçüncü rübdə şirkətin gəliri 30 faiz azalıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.