banner
banner

Gündəm

Ümummilli liderin xatirəsi belə anıldı - fotolar

Ümummilli liderin xatirəsi belə anıldı

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Ümummilli Lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş tədbir keçirib.

İdarədən Axşam.az-a verilən məlumata görə, tədbirdə ilk olaraq, Azərbaycan Respublikasının himni səslənib, Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə millət vəkilləri Aydın Mirzəzadə, Fazil Qəzənfəroğlu, Jalə Əliyeva və digər görkəmli nümayəndələr iştirak ediblər.Çıxış edənlər Ulu Öndərin xalqımız, vətənimiz qarşısında göstərdiyi xidmətlərindən danışıblar. 

Tədbirdə incəsənət ustalarından Azərbaycan Respublikasının xalq artisti Ağadadaş Ağayev çıxış edib.
 
Bakı şəhər Kino Xidməti idarəsinin hazırladığı “Xalqa bağışlanan ömür” adlı sənədli filmi nümayiş olunub.

Tədbirdə iştirakçılara Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin orkestrinin ifasında sözləri Həsən Kamala, musiqisi isə əməkdar artist Elza Seyidcahana aid Ulu Öndərə həsr olunmuş Elegiya əsəri ilk dəfə olaraq təqdim olunub.

Sonda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Həsənova çıxış edərək, Ulu Öndərin kino sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açıb. O, qısa bir müddətdə “Elegiya” əsərinin ərsəyə gəlməsində Azərbaycan Ali Hərbi Məktədin orkestrinə, əsərin müəllifi Elza Seyidcahana, yaradıcı heyətə Təşəkkürnamə təqdim edib.

 

 

 

 

 

 

 

 

 

 

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.