banner
banner

Sosİal

"Azərbaycanda tərcüməçi problemi var" - Şöbə müdiri

"Azərbaycanda tərcüməçi problemi var"

"Azərbaycanda tərcüməçi problemi var, çünki tərcüməçiləri ali məktəblərdə düzgün yetişdirmirlər".
Bunu "Report"a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri İsmayıl Kazımov deyib.
Şöbə müdirinin sözlərinə görə, bəzi fərdi tərcümə işi ilə məşğul olan şəxslər var ki, ali təhsilli həmkarlarından savadlı və peşəkardırlar: "Professional tərcümə materialı ala bilmək üçün mütəxəssis yetişdirmək lazımdır. Mütəxəssis hərtərəfli yetişdirilməlidir".
İ.Kazımov bildirib ki, hətta bəzi küçə reklamlarında xarici dildən tərcümə olunan cümlələr Azərbaycan dilində gülünc səslənir: "Milliləşmə, özləşmə getməlidir. Çətin olan alınma sözlərin qarşılığı tapılmalıdır, sözlər uzun vaxt keçmədən yerində milliləşməlidir".
O həmçinin qeyd edib ki, tərcümə zamanı daha çox məna təhrif olunur, cümlələr yerinə düşmür, dilin normaları - orfoqrafiq, sintaktik, ən çox da leksik-semantik norma pozulur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.