"Ölkə daxilində aparılan ezamiyyətlər üçün ayrılan maliyyə vəsaitlərinin məbləğinin artırılması labüddür. Əslində, burada söhbət əsasən elmi ekspedisiyalara ayrılan puldan gedir. Bu da çöl işləri, yəni elmi tədqiqat işlərinin davamıdır. Akademiya rəhbərliyinə gələn gündən elmi ekspedisiyalar haqqında məsələ qaldırmışam". Bunu AMEA prezidenti Akif Əlizadə "Report"un sualını cavablandırarkən deyib. O bildirib ki, həmin tədqiqatlar alimin elmi uğurlarının inkişaf mərhələləridir: "Məsələni dəfələrlə qabartmışam. Maliyyə vəsaitlərinin artırılması ilə bağlı təkliflər aidiyyəti üzrə dövlət qurumlarına, o cümlədən Nazirlər Kabinetinə göndərilib. Əfsus ki, hələ də bu məsələyə tutarlı cavab ala bilmirik. Yəni, hələlik bu məsələyə baxılır. Lakin mövqeyim dəyişilməzdir. Hər zaman bu məsələdə israrlı olacam. Maliyyəçilər razılaşmırlarsa, mən də onlarla razılaşmıram. Ola bilsin desinlər ki, pul yoxdur, ancaq mən deyəcəm ki, tapın. Ona görə də bu məsələdə mübarizədəyik. Hər iki tərəf israrlıdır, görək nəticədə kim qalib gələcək". A.Əlizadə, həmçinin əlavə edib ki, ezamiyyət pullarının artırılması hər zaman gündəmdədir: "Qeyd edim ki, xarici ezamiyyət artıq tənzimlənib. Yəni, bu sahə üçün ayrılan vəsait qaneedicidir".
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.