Rusiyada yaşayan müğənni-bəstəkar Emin Ağalarovun 37 yaşı tamam olub. İfaçı ad günü ərəfəsində konsert verib. Özəl günü dekabrın 12-də olsa da Emin onu 11-də qeyd edib. İfaçını təbrik etməyə gələnlər arasında Stiven Siqal, Timati, Keyt Topuri, Natali İonova, Jasmin, Filipp Kirkorov, Andrey Malaxov, Ani Lorak və başqaları yer alıb. Gecədə Eminin atası Araz Ağalarov müğənni Katya Lellə rəqs edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.