banner
banner

Gündəm

SSRİ generalının Qarabağla bağlı gizli raportu

SSRİ generalının Qarabağla bağlı gizli raportu
Məşhur dissident Vladimir Bukovski SSRİ arxivlərindən olduqca maraqlı və gizli sənədləri paylaşıb.
 
Axar.az sözügedən sənədlər içərisindən 1991-ci ilin 1 avqustunda SSRİ Daxili İşlər nazirinin 1-ci müavini general-polkovnik İvan Şilovun (hələ də yaşayır – red.) erməni silahlılarının əməllərini əks etdirən raportunu təqdim edir. Yeri gəlmişkən qeyd edək ki, bu raport SSRİ rəhbərliyinin hücumları kimin təşkil etməsi, ermənilərin qanunsuz silahlı qruplarının mülki əhaliyə qarşı necə vəhşiliklər törətməsi barədə müfəssəl məlumata sahib olduqlarını bir daha üzə çıxarır:
 
“Azərbaycanda situasiya gərginləşir. İyulun 30-u saat 16:00 radələrində erməni millətçilərindən ibarət qrup tərəfindən Gədəbəy rayonunun Göyəlli kəndinə hücum cəhdi olub. Milis əməkdaşları və hərbçilər hücumun qarşısını alıblar. Xəsarət alan yoxdur.
 
Eyni günün axşamı Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun (indiki Xocavənd ərazisi – red.) Zəmzur kəndində erməni silahlıları yolu minalayaraq, avtomat silahlardan yük maşınını atəşə tutublar. İki dinc sakin (azərbaycanlı) öldürülüb. Hadisə yerindən tank əleyhinə mina götürülüb.
 
İyulun 31-i saat 18:30 radələrində DQMV-nin Mardakert (indiki Ağdərə – red.) rayonunun Drambon kəndi (indiki Heyvalı kəndi – red.) ərazisində daxili qoşunların karvanı atəşə tutulub. Nəticədə 4 hərbçi və “Perm gənclik qəzeti”nin əməkdaşı yaralanıb. İki BTR zədələnib”.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.