Ermənilərdən ETİRAF: “Azərbaycan ordusu Talış kəndinə doğru 2 kilometr irəliləyib”
Aprel döyüşləri zamanı ən intensiv döyüşlərin baş verdiyi Tərtərin Talış kəndi ermənilər tərəfdindən mühəndis-istehkam qurğuları ilə möhkəmləndirilir. Yerevan Azərbaycan ordusunun operativ nəzarəti altında qalan kəndi yenidən bərpa etməklə mülki sakinləri həmin ərazidə yaşamağa vadar etmək istəyir. Bununla, cəmiyyətdə ruh yüksəkliyi yaratmağa çalışsa da, yerli sakinlər kəndə qayıtmaq istəmir.
Talış kənd administrasiyasının rəhbəri Vilen Petrosyan əvvəllər Azərbaycan ordusunun mövqelərinin Talış kəndinin təxminən 3 kilometrliyində yerləşdiyini desə də, apreldəki döyüşlərdən sonra Azərbaycan ordusunun Talışın 1 kilometrliyində mövqe qurduğunu və ətrafdakı strateji yüksəkliklərdən kəndi nəzarət altında saxladığını deyib.
“Apreldə azərbaycanlılar kəndimizə doğru 2 kilometr irəlilədirlər. Bu şəraitdə kəndə qayıtmağımız təhlükəlidir. Bəzi evlər Azərbaycan ordusunun mövqelərindən açıq-aşkar görünür. Talış sakinləri kəndə dönmək üçün təhlükəsizlik təminatı istəyir”.
Lakin Ermənistan və Qarabağdakı separatçı qurum rəsmiləri kəndin guya, hərbi baxımdan tamamilə möhkəmləndirildiyini və yeni tikiləcək evlərin Talışın Azərbaycan ordusu tərəfindən görünməyən hissəsində yerləşəcəyini deyib.
Bütün vədlərə və güzəştlərə baxmayaraq, hələ ki Talış kəndinə heç bir sakin geri qayıtmayıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.