Prodüser Tarix Əliyev (Tolik – red.) “Öz aramızda” verilişinə müraciət edən ana və qızına yardım edib.
Axşam.az-ın məlumatına görə, o, müğənni Rəqsanə İsmayılovanın himayəsinə götürdüyü ailəyə 500 manat pul bağışlayıb. Tolik canlı efirə zəng edərək bunları söyləyib: “Rəqsanə oktyabrın 13-də Bakıya qayıdacağını deyib. Amma o günə kimi bu uşağa məktəb paltarı, pul lazımdır. Mən bu dəqiqə ATV-yə gəlirəm və 500 manat pul verirəm. Ana Rəqsanə gələnə qədər uşağına xərcləsin. Rəqsanəyə isə demək istəyirəm ki, iki balası var. Bu ailəyə, dediyi kimi, kömək etsin”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.