banner
banner

Hərbİ

“Rusiyadakı vəziyyət Ermənistana çox bəlalar gətirəcək”

“Rusiyadakı vəziyyət Ermənistana çox bəlalar gətirəcək”

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı ekpsert Qubad İbadoğlu 6 ermənini qətlə yetirən rus hərbçisinin Ermənistana verilməsi tələbi ilə Gümrüdə keçirilən mitinqə münasibət bildirib.

”Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan Q. İbadoğlu bildirib ki, hadisənin motivi dəhşətli cinayət işi olsa da, əslində etiraz aksiyasının yaranmasının başlıca səbəbləri gündən-günə yoxsullaşan ermənilərin xüsusilə rus rublunun dəyərsizləşməsinin təsirindən daha da pisləşən sosial durumu, Avrasiya ittifaqına daxil olandan sonra artan anti-rus əhval ruhiyyəsi və bir qrup yerli oliqarxların idarə etdiyi, illərlə yığılmış problemləri həll etməyən, eləcə də uzun müddət dəyişməyən korrupsiyalaşmış hakimiyyətidir: “ Məhz bu səbəblərdən yaranan mitinq iştirakçılarının bir hissəsi indi öz etirazlarını bir cinayətin ətrafında cərəyan edən hadisələrlə tədqim edirlər. Rəsmi statistikaya görə, ötən ilin ikinci yarısından etibarən azalmağa başlayan bank vasitəsilə Rusiyadan daxil olan pul göndərişləri yalnız noyabr ayında 31 faiz aşağı düşüb, son 2 ayda dram dollara nisbətdə 10 faizdən çox ucuzlaşıb və özünün psixoloji həddinə - 500 dram 1 dollar nisbətinə yaxınlaşıb. Hazırkı məzənnə 477 dram 1 dollar nisbətindədir. Bütün bunlar ölkədə xususilə də ərzaq məhsullarının qiymətinin kəskin bahalaşmasına. gətirib çıxarıb. Rusiya ilə bağlılıqlarında heç bir perspektiv görməyən ermənilər hazırda Rusiyaya qarşı olan mövqeyini 1 rus zabitinin cinayətinə olan etriazla ifadə edirlər. Artıq Ermənistanda çox adam başa düşür ki, Rusiyadakı hazırkı vəziyyət Ermənistana bundan sonra daha çox bəlalar gətirəcək. Bu isə heç bir alternativi qalmayan Ermənistanda hətta Rusiyadan da əvvəl siyasi böhrana gətirib çıxara bilər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.