banner
banner

Gündəm

Neftçinin meyiti sahilə gətirildi

Neftçinin meyiti sahilə gətirildi

Bu gün N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə zamanı 10 nəfərin itkin düşməsindən sonra meyiti tapılan neftçi İlham Qafarovun nəşi "Qaradağ-8" gəmisi ilə sahilə gətirilib. Modern.az saytı xəbər verir ki, bu barədə "Azneft" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, İlham Qafarovun meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə aparılıb. Neftçinin meyiti bu gün ailəsinə təhvil veriləcək.

Bu gün N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə zamanı itkin düşmüş 10 nəfərdən birinin meyiti tapılaraq dənizdən çıxarılıb. Tapılan meyitin N.Nərimanov adına NQÇİ-nin 3 saylı neft-yığım məntəqəsinin əmtəə operatoru, 1958-ci il təvəllüdlü, Bakı şəhəri, Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğluna aid olduğu müəyyən edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.