"Eşkiya dünyaya hükümdar olmaz"ın "Hızır Çakırbeyli"si Oqtay Kaynarca ötən gün alış-veriş mərkəzlərindən birində görüntülənib. Aktyor iki saatını paltar seçməyə sərf edib. Oqtay bir mağazada 50 min türk lirəsi (təxminən 25 min AZN) xərcləyib. Ona geyim seçimində əsmər bir qız kömək edib. Ticarət mərkəzinin çıxışında jurnalistlərlə üz-üzə gələn Kaynarca deyib: “Ayşegül mənim köməkçimdir Xahiş edirəm, səhv heç nə yazmayın".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.