banner
banner

Sosİal

İcra başçısı ilə sahibkar barışıb?

İcra başçısı ilə sahibkar barışıb?

Bakının Sabunçu rayonu icra başçısı ilə “Bakıxanov” yarmarkasının sahibi arasında narazılığa son qoyulub

CİA.AZ xəbər verir ki, axar.az-ın əməkdaşına verilən xəbərdə icra başçısı Adil Vəliyevlə ticarət mərkəzinin rəhbəri Fərhad Mirzəyev arasında razılaşma olduğu deyilir.

Yarmarkanın sökülməsi plandan çıxarılıb və ərazinin abadlaşdırılması, bazarın yan-yörəsinin sahmana salınması prosesi başlayıb.

Yarmarkanın qarşısında əvvəlki kimi natəmizlik, açıq havada ət və ət məhsullarının satışı təşkil edilmir. Tıxaclara səbəb olduğu bildirilən ticarət mərkəzinin qarşısı qismən açılıb.

Bununla belə, “Razin talkuçkası” adlanan bazarın gələcəkdə köçürüləcəyi istisna deyil. Hələlik bu plan nəzərdə tutulmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Sabunçunun icra başçısı yarmarkanı sökdürməyə qalxsa da, ticarətçilərin etirazından sonra iş dayanmışdı. İcra hakimiyyəti bazarın ətrafında natəmizlik hökm sürdüyünü, yarmarkanın yolu darısqal etdiyini, tıxaclar yaratdığını bildirərək, abadlıq işlərinin davamı kimi bazarı köçürmək niyyətini ortaya qoymuşdu. Amma ticarətçilər bazarın abadlaşdırılmasını boyunlarına götürəndən və natəmizliyi aradan qaldıracaqlarına söz verəndən sonra proses dayandırılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.