Rusiyada spirtli içkidən zəhərlənən 5 nəfər ölüb, 5 nəfər komadadır
Rusiyada spirtli içkidən zəhərlənən 5 nəfər ölüb, 5 nəfər komadadır.
Cia.az APA-ya istinadən verdiyi məlumata görə, bu gün 10 nəfər naməlum maddədən kəskin kimyəvi zəhərlənmə diaqnozu ilə İrkutsk şəhərindəki iki xəstəxanaya gətiriliblər.
Həkimlər həmin şəxslərin hamısının spirtli içki qəbul etdiyini ehtimal edirlər. Xəstəxanaya gətirilən şəxslərdən 5-i ölüb, 5-i isə komadadır. Xəstələrdən kimyəvi-toksikoloji ekspertiza üçün nümunə götürülüb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.