banner
banner

Dünya

Nazir terrorçularla əlaqədə şübhəli bilinir - ŞOK

Nazir terrorçularla əlaqədə şübhəli bilinir

Yunanıstanın keçmiş müdafiə naziri Akisa Tsoxadzopulos terrorçularla əlaqədə şübhəli bilinir.

CİA.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Ana-Mpa” xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, bir çox cinayətlərdə (korrupsiya, dələduzluq, pul tələb etmə və s.) ittiham olunan Akisa Tsoxadzopulos həmçinin ölkənin sabiq baş katibi Yannis Sbokosun evində törədilmiş 3 partlayışın təşəbbüskarı olub.

Sabiq məmurun böyük mütəşəkkil cinayət dəstəsinin üzvü olduğu ehtimal edilir. 37 üzvü olan bu cinayətkar dəstəyə terrorçular və nüfuzlu siyasi xadimlər də daxil olub.

Məlumatda qeyd olunur ki, 74 yaşlı keçmiş müdafiə naziri saxta vergi bəyannaməsi təqdim etdiyinə görə 2013-cü ildə 8 il həbs cəzasına məhkum edilib. Sonradan cəza müddəti 5,5 ilədək azaldılıb. Akropol yaxınlığında ona məxsus imarət müsadirə edilib, bank hesabları dondurulub. Akisa Tsoxadzopulos ilə birlikdə onun həyat yoldaşı Viki Stamati və qızı Areti də həbs cəzasına məhkum olunublar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.