banner
banner

Hərbİ

Azərbaycanda hərbi gəmilərin heyət üzvləri arasında beynəlxalq müsabiqə keçiriləcək

Azərbaycanda hərbi gəmilərin heyət üzvləri arasında beynəlxalq müsabiqə keçiriləcək
Beynəlxalq Ordu Oyunları – 2017 (ArMİ-2017) gələn ilin 29 iyul - 12 avqust tarixlərində keçiriləcək.
Bu barədə Rusiya Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Baş İdarəsinin rəisi general-leytenant İvan Buvaltsev məlumat verib.
"Tərkibinə 23 mövcud və 5 yenisi daxil olmaqla 28 beynəlxalq müsabiqənin keçirilməsi təklif olunur. "ArMİ-2017" beş dövlətin ərazisində (Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Çin) keçiriləcək.
Onun sözlərinə görə, Azərbaycan suüstü gəmilərin heyət üzvləri arasında "Dəniz kuboku" müsabiqəsini təşkil edəcək. Yarışlarda iştirak üçün, həmçinin Asiya, Amerika, Afrika və Avropanın 70-dən çox ölkəsinə dəvət göndərilib.
Ənənəyə görə, Oyunların açılış mərasimi Rusiyada olacaq.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.