banner
banner

Dünya

MHP-lilər qəzaya düşdü - ölən və yaralananlar var

MHP-lilər qəzaya düşdü

Türkiyədə müxalifətçi Milliyyətçi Hərəkat Partiyası (MHP) üzvlərinin olduğu mikroavtobus qəzaya düşdü.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə Konya vilayətinin Beyşehir rayonunda baş verib.

Konyadan, MHP vilayət qurultayından qayıdan Beyşehir təşkilatı üzvlərinin olduğu mikroavtobus əks istiqamətdə hərəkət edən yük maşını ilə toqquşub.

Qəza nəticəsində 3 nəfəri ağır olmaqla 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəstəxanaya çatdırılan Beyşehir təşkilatının sədri Serhat Turakın həyatını xilas etmək mümkün olmayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.