Aktyor Kənan İmirzalıoğlu İstanbulda Bebek istiqamətində görüntülənib.
İmirzalıoğlu jurnalistlərin bir çox suallarını cavablandırıb. Media nümayəndələri aktyordan hansı layihələri izlədiyi ilə də maraqlanıblar. Məlum olub ki, reytinqlərdə ön sırada dayanan "İçerde" serialına Kənan da maraqla baxır. O, serial haqqında deyib:
"İçerde" serialını izləyirəm. Gözəl quruluşu olan layihədir. Bundan başqa hekayə də gözəldir, aktyor oyunu da".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.