banner
banner

Hərbİ

Səfirdən müharibə çağırışı

Səfirdən müharibə çağırışı

Azərbaycanın Kiyevdəki səfiri Ukraynanı fasilə etməyə, güc toplamağa və müharibəni davam etdirməyə çağırıb.

Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli yanvarın 18-da Kiyevdə keçirilmiş sülh marşında bildirib.

“Biz azərbaycanlılar aqressiv separatçılığın və ərazi bütövlüyünün pozulmasının nə demək olduğunu hamıdan yaxşı anlayırıq. Buna görə də, bütün ukraynalılara sülh arzulayıram. Lakin separatçılıq və işğalla barışmaq üçün yox, fasilə vermək, iqtisadiyyatı, ordunu gücləndirmək və bütün işğal olunmuş əraziləri azad edərək, istənilən separatçılığın kökünü kəsmək üçün”, - deyə, səfir bəyan edib.

Qeyd edək ki, 2014-cü ilin yazından bu günədək Ukraynanın şərqində - Donetsk və Luqansk vilayətlərində separatçılarla müharibə davam edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.