banner
banner

Gündəm

Kabzon qəzaya düşən təyyarədə olmalı imiş

Kabzon qəzaya düşən təyyarədə olmalı imiş
SSRİ xalq artisti, Dövlət Dumasında Mədəniyyət komitəsi başçısının birinci müavini İosif Kobzon deyib ki, o da Rusiya Müdafiə Nazirliyinin qəzaya uğramış Tu-154 təyyarəsi ilə uçmalı imiş.
 
Bu barədə virtualaz.org xəbər yayıb.
 
Kabzon hadisə ilə bağlı çıxış edib: “Ayın 14-də bizim onlarla konsertimiz vardı. Həmin konsertdə Aleksandrov adına dövlət ansamblının rəhbəri Xəlilov məndən onlarla birlikdə Suriyaya uçmağı xahiş etmişdi. Mən isə ona dedim ki,gələ bilməyəcəm, çünki mənim tibbi vizam var və mən müalicə uçun uçmalıyam. Bundan əvvəl mən Xəlilovla birlikdə Suriyada olmuşdum. Buna görə də dedim ki, gələn dəfə... Amma görürsünüz, növbəti dəfə necə döndü…"
 
Kobzon həmçinin başsağlığı verib və hadisəni həm mədəniyyət, həm də ordu auditoriyası üçün faciə adlandırıb.
 
Qeyd edək ki, Qara dənizə düşən “Tu-154” təyyarəsinin göyərtəsində 93 nəfər sərnişin olub. Onlardan onunun meyiti tapılıb. Təyyarə havaya qalxandan bir neçə dəqiqə sonra radarlardan itib. Onlar arasında hərbi qulluqçularla yanaşı, Rusiyanın Xmeymim hərbi bazasına Yeni il konserti üçün uçan Aleksandrov dövlət ansamblının musiqiçiləri və Rusiyanın Birinci,Zvezda və NTV kanalının jurnalistləri də olub.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.