banner
banner

Sosİal

Rayonlara gedənlərin nəzərinə

Rayonlara gedənlərin nəzərinə

Bakı Beynəlxalq Avtovağzalı 25 dekabr - 7 yanvar tarixinədək gücləndilimiş iş rejimində fəaliyyət göstərəcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Trend-ə verilən məlumata görə, sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb. Adi günlərdə 200 reyslə 7-8 min sərnişin daşınırdısa, bayram günlərində təxminən 600-700 reyslə 16-18 min sərnişin daşınması gözlənilir.

Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur.

Əlavə sual və təkliflər üçün: Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin "qaynar xətt"i 012-480-42-86 və Bakı Beynəlxalq Avtovağzalının "qaynar xətt"i 012-499-70-38

cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.