banner
banner

Dünya

Rusiyada dəhşət: ana qızını 15-ci mərtəbədən atdı

Rusiyada dəhşət: ana qızını 15-ci mərtəbədən atdı
Rusiyanın Moskva ətrafı vilayətində dəhşətli hadisə baş verib. Vilayətin Borisovka küçəsində üzərində hündürlükdən yıxılma əlamətləri olan 7 yaşlı qızın meyiti tapılıb.
Musavat.com bu barədə Rusiya mediasına istinadən xəbər verir. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində aydın olub ki, yerli sakinlərdən biri, 34 yaşlı ana ailənin böyük qızını mənzilin pəncərəsindən aşağı atıb. 15-ci mərtəbədən düşən qız yerindəcə ölüb. 

Qonşuların mediaya dediyinə görə, evdəki 5 yaşlı digər qız uşağı sağ-salamat aşkarlanıb. Dəhşətli hadisə baş verən zaman uşaqların atası işdə olub.  
 
Şahidlər bildirib ki, ailədə hər  hansı konflikt olmayıb, valideynlər və uşaqlar müsbət xarakterizə olunub. Övladını məhv edən ana həbs olunub, barəsində cinayət işi qaldırılıb. Kiçik qız atanın himayəsinə verilib.
 
Qeyd edək ki, bu, son günlərdə vilayətdə törədilən növbəti tükürpədici hadisədir. Belə ki, dekabrın 26-da səhər saatlarında 25 yaşlı digər valideyn  barəsində də həbs qərarı çıxarılıb. O, ötən şənbə özünün azyaşlı oğlunu 8 mərtəbənin eyvanından ataraq öldürdüyünə görə barəsində 2017-ci ilin 24 fevralınadək həbs qətimkan tədbiri seçilib. 
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.