banner
banner

Gündəm

“Stratfor”un 2017-ci il PROQNOZU: “Rusiyanın Azərbaycanla əlaqələri….”

“Stratfor”un 2017-ci il PROQNOZU:

Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” adlandırılan “Stratfor” analitik mərkəzi 2017-ci ildə postsovet ölkələrində yaranacaq vəziyyətə toxunub. Modern.az xəbər verir ki, analitik mərkəzin proqnozlarına görə, qarşıdan gələn ildə Avropa Birliyində daxili problemlər daha da şiddətlənəcək və Rusiya bundan maksimum faydalanmağa çalışacaq.

 

“2017-ci ildə Avropa ölkələrindəki qarışıqlıqdan istifadə edəcək Rusiya Ukrayna və digər keçmiş sovet respublikalarındakı nüfuzunu geri qaytarmağa çalışacaq. “Brexit” Avropa Birliyi daxilində ciddi ziddiyətlərin olduğunu göstərdi və Gürcüstan, Ukrayna, Moldova kimi ölkələri Rusiya ilə daha praqmatik siyasət yürütməyə vadar etdi”.

 

“Stratfor”un fikrincə, Rusiya Brüssel ilə Vaşinqtonun münasibətlərini qızışdırmaqda davam edəcək və bunun üçün kiberhücumlar, siyasi manipulasiyalar və təbliğat kampaniyalarından istifadə edəcək.

 

“Moskva 2017-ci ildə ABŞ və Avropa Birliyinin sanksiyalarından xilas olmağa çalışacaq. Bu, Rusiya və Qərb arasında mübarizənin yeni mərhələsi demək olacaq”.

 

Analitik mərkəzin ekspertlərinin fikrincə, 2017-ci ildə Rusiyanın Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistanda siyasi mövqeləri möhkəmlənəcək.

 

“Rusiyanın Azərbaycan və Özbəkistanla təhlükəsizlik sferasında əməkdaşlığının genişlənməsi gözlənilir”

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.