banner
banner

Gündəm

Azərbaycanda radiasiya təhlükəsi var? - AÇIQLAMA

Azərbaycanda radiasiya təhlükəsi var? - AÇIQLAMA

Dünyanın ən böyük problemlərindən biri də radiasiya ilə bağlıdır. Artıq günü-gündən yeni texnologiyaların da ixtira olunması, bu problemin miqyasını daha da artırır.

 

Azərbaycanda necə radiasiya problemi varmı?

 

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitunun direktoru, professor Oqtay Səmədov Modern.az-a açıqlama verib.

 

O, dünyanın bir çox ölkələrində Atom Elektrik Stansiyalarının (AES) mövcud olduğunu bildirib.

 

“Düzdür, bunların hamısı ümumilikdə dünya üçün təhlükəli sayılır. Hazırda isə bununla bağlı dünyada heç bir təhlükə yoxdur”.

 

Direktorun sözlərinə görə, Azərbaycan nüvə ölkəsi olmadığından ölkəmizdə radioaktiv çirklənmə, demək olar ki, yoxdur.

 

“Ölkə ərazisində radiasiya ilə bağlı vaxtaşırı monitorinq keçirilir. Torpaqlardan nümunələr götürülür və onun üzərində təhlükənin olub-olmadığı öyrənilir. Azərbaycanın nüvə təhlükəsizliyi normal vəziyyətdədir. Bunu keçirilmiş sınaqlara əsasən demək olar. Amma gələcəkdə isə necə olacağını deyə bilmərəm.

Çünki Ermənistanda Metsamor Atom Elektrik Stansiyası (AES) var. Bu region üçün müəyyən qədər təhlükədir. Dövlət də bu istiqamətdə çox ciddi işlər aparır.

 

Hətta sentyabr ayında keçirilmiş Nüvə Enerjisi üzrə Beynəlxalq Agentlikdə bu məsələ qaldırılıb. İlk dəfə olaraq da bizimlə yanaşı, qardaş ölkə Türkiyə də bu məsələdə  bizə dəstək verərək, Metsamor AES-n fəaliyyətinin dayandırılmasını istədi”-deyə o əlavə edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.