banner
banner

Dünya

Rusiyada hərbi maşın qəza törədib, 4 nəfər ölüb

Rusiyada hərbi maşın qəza törədib, 4 nəfər ölüb
Rusiyanın Saxalin vilayətində  hərbi maşın qəza törədib.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Oqonki-Nevelsk yolunun 29-cu kilometrində, dağ yolunda qeydə alınıb. “Ural” markalı yük maşını qarlı hava şəraitində idarəetməni itirərək “Toyota Vista” markalı minik avtomobilinə çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü və üç sərnişin hadisə yerində ölüb.
 
İlkin ehtimala görə, qəzaya hava şəraitinin pis olması səbəb olub. Faktla bağlı araşdırma aparılır. 
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.