Norveçdə 12 yaşlı gəlinin bloqu sürətlə populyarlaşmaqdadır.
12 yaşlı Teya bu yaxınlarda 37 yaşlı kişiyə ərə getməyə hazırlaşır. O, indi "Gəlin bloqu" yazır və toyunu səbisrizliklə gözlədiyini vurğulayaraq, mərasimə hazırlıqların təfərrüatlarından bəhs edir.
Təzə bəy Gear Teyanın atası yaşında olsa da, bu məqam balaca gəlini əsla narahat etmir.
Teyanın bloqu Norveçdə ən populyar internet resurslardan birinə çevrilib.
Minlərlə insan Teyanı bazar günü olacaq toya qatılmamağa, ərə getmək fikrindən vaz keçməyə çağırır. Teya ilə Gearın toyu Beynəlxalq Qızlar Günü olacaq.
Ekspertlər isə hesab edirlər ki, Gear əslində provokasiya hazırlayıb və toy olmayacaq. Norveçdə 18 yaşına çatmamış qızların nikaha girməsi yasaq olduğundan Gear bu minvalla ictimaiyyətin diqqətini erkən nikahlar probleminə cəlb etməyə çalışır.//Ailem.az
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.