banner
banner

Hərbİ

Zakir Həsənov: "Azərbaycanın müdafiə qüdrəti artır"

Zakir Həsənov: "Azərbaycanın müdafiə qüdrəti artır"
Müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
Cia.az xəbər verir ki bu barədə Müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Cənab zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti nəticəsində respublikamız hərtərəfli inkişaf edərək qabaqcıl ölkələr sırasında layiqli yerini tutub, bütün soydaşlarımızın qürur mənbəyinə, ümid yerinə çevrilib, dünya azərbaycanlılarının həmrəyliyi təmin olunub.
Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı durmadan inkişaf edir, dövlət müstəqilliyimiz möhkəmlənir, vətəndaşlarımızın maddi rifahı yaxşılaşır, ölkəmizin dövlət müstəqilliyi möhkəmlənir və müdafiə qüdrəti daim yüksəlir.
Aprel ayında düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusu bölmələrinin keçirdiyi qətiyyətli cavab tədbirləri nəticəsində işğal altında olan ərazilərimizin bir hissəsinin azad edilməsi hər birimizdə qürur hissi doğurdu. Bizləri sevindirən bu xəbər xalqımızın həmrəyliyinin bariz nümunəsidir. Əmin olun ki, növbəti qələbələrimiz naminə dünya azərbaycanlıları Sizinlə birlikdə olmağa hazırdır.
İnanıram ki, Azərbaycan Respublikasının Konustitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə edəcək və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli Dövlət Bayrağımızı işğal altında olan əzəli və əbədi torpaqlarımızda dalğalandıracaqsınız.
Sizlərə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xidmətdə və döyüş hazırlığında uğurlar arzulayıram.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.