banner
banner

Dünya

Tiflisdə güclü yanğın baş verib, bir neçə ailə evsiz qalıb

Tiflisdə güclü yanğın baş verib, bir neçə ailə evsiz qalıb
Gürcüstan paytaxtındakı çar Tamar prospekti 18-də güclü yanğın nəticəsində bir neçə yaşayış evi yanıb.
 
APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, yanğın zamanı yaşlı qadın xəsarət alıb və ona hadisə yerinə çağırılan tibb briqadası tərəfindən ilkin yardım göstərilib. Yanan evin yaxınlığında yaşayan qonşuların sözlərinə görə, yanğına səbəb köhnəlmiş elektrik naqillərin yararsız hala düşməsi iddia olunur.
 
Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub və yanğın qısa müddət ərzində söndürülüb. Yanğın nəticəsində bir neçə ailə evsiz qalıb. Hadisə yerinə gələn Tiflisdəki Didube rayon icra hakimiyyəti nümayəndəliyinin əməkdaşları dəyən zərərin hesablanacağını və ev sahiblərinə dəyən ziyanın ödəniləcəyini bildiriblər.
 
Məlumata görə, yanğının başvermə səbəbi müəyyən edilir.
cia..az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.