“Məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyəti analiz etsək, görərik ki, məsələ heç də ürəkaçan deyil. Çox sayda məhkəmə qərarları icra olunmamış qalır. Bunun təbii ki, obyektiv səbəbləri də var”. Cia.az saytının xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Azay Quliyev "İcra haqqında" qanunda dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, məhkəmə qərarlarının icra olunmamasının səbəblərindən biri də, iş yükünün həddindən artıq çox olması ilə bağlıdır. “Məndə qeyri-rəsmi rəqəmlər var. Təkcə bu il 700 min iş icraata götürülüb. 700 min işin icrası ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil”-deyə o bildirib. Azay Quliyev qeyd edib ki, bu problemlərin həllini təmin etmək üçün bu qanuna edilən dəyişikliklər çox önəmlidir. “İcra məmurunun konkret olaraq məhkəmə qərarlarının icrası ilə əlaqədar vəziyyətə adekvat səlahiyyətə malik olması problemi həll edəcək. Bu, hakimlər üzərində düşən yükü də azaldacaq. Məsələyə kompleks yanaşmaq lazımdır. Məhkəmə qərarları icra olunmursa, bunun 2 mənfi nəticəsi olur. İlk olaraq vətəndaşlar bundan əziyyət çəkir. Vətəndaşlar məhkəmə qərarlarının icra olunmamasından şikayət edir. Digər tərəfdən isə məhkəməyə olan inam sarsılır. Buna görə də, məhkəmə qərarlarının iclası qeyri-şərtsiz olmalıdır və məcburi xarakter daşımalıdır. Hesab edirəm ki, bu dəyişiklik məhkəmə qərarlarına nəzarət üzrə dövlət qurumlarının səlahiyyətlərini genişləndirəcək. Təklif edirəm ki, aidiyyatı qurumlar məhkəmə qərarlarının icrası ilə bağlı mövcud vəziyyəti analiz etsinlər. Kredit faizləri ilə bağlı çoxlu sayda məhkəmə qərarı var ki, icra olunmur. Bunun sosial və hüquqi tərəfləri təhlil edilməlidir. Ədliyyə Nazirliyi və digər qurumlar koordinasiyalı şəkildə fəaliyyətlərini qurmalıdırlar”. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.