banner
banner

Gündəm

"Reina" terrorçusunun həyat yoldaşı danışdı

"Reina" terrorçusunun həyat yoldaşı danışdı
İstanbulda "Reina" gecə klubunda terror aktı törədən şəxsin həyat yoldaşını polisə verdiyi ilkin ifadə yayılıb.
 
Terrorçunun həyat yoldaşı Türkiyəyə noyabrın 20- də gəldiklərini təstiqləyib.
 
"Həyat yoldaşım və iki uşağımızla birlikdə Konyaya gəldik. Yoldaşım burada ev tutdu və iş axtaracağını dedi. Onun İŞİD-lə bağlı əlaqəsindən şübhələnməmişəm. Onun bu təşkilata hansısa bir rəğbətinin olduğunu hiss eləməmişəm".
 
O bildirib ki, həyat yoldaşının bu hadisəni törətməsini televiziyadan öyrənib.
 
Daha sonra isə qonşular bu barədə polisə məlumat verib.
 
Qeyd edək ki, “Reina” gecə klubuna hücum edən şəxs hələ də yaxalanmayıb. Axtarışlar davam edir.
 
Xatırladaq ki, bayram gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edilib. Nəticədə 40 nəfər həlak olub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.