banner
banner

Dünya

Numan Kurtulmuş: "Suriya siyasətini düzəldirik"

Numan Kurtulmuş: "Suriya siyasətini düzəldirik"
Baş nazirin müavini və hökumətin sözçüsü Numan Kurtulmuş Türkiyənin Suriya siyasəti üçün "əvvəldən bəri böyük səhvlərlə dolu olduğuna inananlardanam... İndi bunları təmir edirik, düzəldirik" deyib.
Hürriyet qəzetinə müsahibə verən Kurtulmuş Suriya prezidenti Bəşər Əsədin siyasi gələcəyinə dair isə Türkiyənin mövqeyində bir dəyişiklik olmadığını ifadə edərək "Təbii ki, Əsəd rejiminin, zalımların yanında yer alacaq deyilik... Belə bir qatilin iş başında dayanmasının insani olmadığını düşünürük. Amma ortada sülh prosesinin danışıqlarının başlaması ilə birgə qarşılıqlı olaraq qərar verəcək olan, masadakı insanlar" deyib.
Özünü İslam Dövləti adlandıran qrupun (İD, İŞİD) üzərinə götürdüyü Reina hücumu ilə bağlı Kurtulmuş söyləyib ki, hücumçu "yəqin ki, Qırğızıstandan gəlmiş biri"dir deyib.
"Təhdid yalnız bir təşkilatdan gələn bir təhdid olmadığı üçün işimiz həqiqətən çox çətindir", Kurtulmuş deyib.
Kurtulmuş həmçinin söyləyib ki, son dövrdə baş verən hücumların hədəfi eynidir:
"Bu cür hücumları edənləri vahid bir təşkilat kimi görmək lazımdır. Bir təşkilatın fərqli şöbələri. Hücumu edən kadrlar müxtəlifdir, amma hədəflər eynidir. Canlı bombanı təxmin edə bilərsiniz, amma belə bir təcavüz çox qəribədir. Təhdid yalnız bir təşkilatdan gələn bir təhdid olmadığı üçün işimiz həqiqətən çox çətindir".
Baş nazir Binalı Yıldırımın 7 yanvarda Bağdad səfərinin əhəmiyyətinə diqqət çəkən Kurtulmuş Başikadaki Türk hərbiyyəsinin varlığının müzakirə ediləcəyini deyib: "Onları da rahatlaşdıracaq bir təklif aparırıq. Çıxmaq söhbət mövzusu deyil".
Kurtulmuş Suriya üçün müzakirə mühitinin İraq üçün də mümkün olduğunu deyib: "Mosul məsələsində də yeni bir münasibətlə İraq hökumətilə bir ittifaq edilməlidir" deyə o əlavə edib (BBC).
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.