13 deputata ev verilir: Oqtay Əsədov, Hadi Rəcəbli, Bəxtiyar Əliyev...
Paytaxtın “Ağ şəhər” deyilən ərazisinə yaxın yerdə (Gürcüstan, Belarus, Ukrayna, Qazaxıstan səfirliklərinin yaxınlığında) “KAT Ltd” tərəfindən tikintisinə 2003-cü ildən başlanan 2 bloklu 12 mərtəbəli göydələnin istifadəsi 2016-cı ilin dekabr ayının son günlərində baş tutub. Məlumatlı mənbənin bildirdiyinə görə, binanın tikintisinin bu qədər uzun çəkməsi isə hazırda iflas həddində olan adıçəkilən tikinti şirkətinin məsuliyyətsizliyi və səhlənkarlığı üzündən olub.
“Bildiyiniz kimi, 2003-cü ildə mənzilə ehtiyacı olan 54 millət vəkilinə yaşayış binası tikilməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) yerləşdiyi ərazidə yer ayrılmışdı. Ancaq sonradan belə məsləhət bilindi ki, deputatlar üçün bina indi “Ağ şəhər” deyilən əraziyə yaxın yerdə tikilsin, həmin ərazidə isə FHN-nin binası tikilsin.
O vaxtdan da bu yana əzablı günlər başlandı. Binanın tikintisi ilə məşğul olan “KAT Ltd” müxtəlif bəhanələrlə binanın tikintisini düz 13 il uzatdı və axır ki, ötən il son günlərində mənzillərin açarları indiki və sabiq deputatlara təqdim olundu”-deyə, daha sonra məlumatlı mənbə bildirib. Qeyd edək ki, 54 sabiq və indiki deputatdan əslində cəmi 13-ü həmin binada yaşayacaq. Çünki qalan 41 nəfər zamanında həmin şirkət tərəfindən tikilən ayrı-ayrı binalarda mənzillə təmin olunduqları üçün indi onların adlarına olan mənzillər satışa çıxarılacaq.
13 nəfərə düşən mənzillərin həcmi isə hər biri ayrı-ayrılıqda 180-220 kvadratmetrdir və hər bir kvadratmetri də 152 dollardan hesablanıb. Yəni, keçmiş və indiki deputatlar mənzilləri üçün ümumilikdə 35-40 min dollar arası pul xərcləməli olublar. Lakin şirkət indi qalan mənzilləri nə az-nə çox, kvadratmetrini 1800 manatdan çatışa çıxarıb.
Onu da qeyd edək ki, yeni binada mənzil alanlar arasında spiker Oqtay Əsədov, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, parlament Aparatının Komitə və komissiyalar ilə iş şöbəsinin müdir müavini, sabiq millət vəkili Rifət Ağalarov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və digər indiki və sabiq millət vəkilləri var.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.