Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generallarının toruna düşən çoxsaylı iş adamlarından biri də “Maqnit” mağazalar şəbəkəsinin sahibi Seymur Abdullayev olub. O, barələrindəki cinayət işi məhkəməyə göndərilən MTN generalları - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verib.
Deyib ki, 2015-ci ilin martında telefonuna zəng gəlib. Özünü MTN-in şöbə rəisi N.Alıyev kimi təqdim edən şəxs onu nazirliyə çağırıb: “Əvvəllər MTN-lə heç bir münasibətim olmayıb. Lakin 1992-1994-cü illər ərzində Daxili İşlər Nazirliyinin Narkomaniya və Narkobiznesə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyim zaman oranın rəisi Eldar Mahmudov olduğundan, Akif Çovdarovu və Hilal Əsədovu çox yaxşı tanıyırdım. Təxminən 4-5 gündən sonra Natiq Alıyev mənə yenidən zəng edərək MTN-ə gəlməyimi istədi. Onunla başqa yerdə - MTN-in binasının yanında olan ”Sultan" kafesində görüşməyə razılaşdım. O, nazirliyin 4-cü Baş İdarəsinin üzərinə ciddi tapşırıqlar qoyulduğunu bildirərək, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin müəyyən miqdarda MTN-ə pul verməli olduğunu söylədi. Natiq Alıyevin dedikləri ilə razılaşmadım. Lakin sonradan ondan hansı miqdarda pul verilməli olduğu barədə soruşdum".
S.Abdullayevin sözlərinə görə, N.Alıyev onun 500 min manat məbləğində pul verməli olduğunu deyib: “Həmin məbləğlə razlılaşmadım və ona 50 min manat pul təklif etdim. Bundan sonra Natiq Alıyev mənə hədə-qorxu gələrək qaçaqmalçılıq yolu ilə ölkəyə mal gətirdiyimi, 500 min manat məbləğində pul verməli olduğumu, verməyəcəyim təqdirdə problem yaradacağını, mağazalarımı bağlayacağını söylədi. Bu barədə vaxt istədim. Bir qədər sonra Natiq Alıyevə zəng vurub, 250 min manat verəcəyimi bildirdim. O da buna razı oldu və yenidən ”Sultan" kafesində görüşdük. Natiq Alıyev əvvəlcə pulu götürməyərək öz rəisi kimi təqdim etdiyi Füzuli Əliyevi çağırdı, 10 dəqiqədən sonra həmin şəxs də kabinetə daxil oldu. Mən hissə-hissə onlara 250 min manat verdim. Bundan başqa, Füzuli Əliyevlə görüşdüyüm zaman o, mənim ətrafımda müəyyən əməliyyat-texniki tədbirlərin keçirilməsi barədə məlumat verdi. Füzuli Əliyevin mənə təqdim etdiyi faktlardan sonra başa düşdüm ki, onlar telefon danşıqlarına qulaq asırlar".
Zərərçəkmiş ifadəsində qeyd edib ki, hadisədən sonra bir neçə dəfə F.Əliyev ona zəng edərək, aylıq 10-15 min manat istəyib: “Lakin onun təklifi ilə razı olmayaraq, bu barədə telefon vasitəsilə bildirdim”.
İttiham aktında göstərilib ki, digər şahid qismində “Maqnit” mağazalar şəbəkəsinin baş mühasibi Natalya Rəhimova dindirilib. O, ifadəsində “Maqnit” mağazalar şəbəkəsinə 14 mağaza, anbar və mərkəzi ofis daxil olduğunu vurğulayıb: “Mağazalar şəbəkəsi fiziki şəxs Avdiyev İlqar Bayram oğlunun adına sənədləşdirilib və həmin şəxs rəsmi qaydada verdiyi VÖEN-ə əsasən vergi orqanlarında vergi ödəyicisi kimi qeydə alınıb. Şirkətin baş mühasibi kimi mən hər gün şəbəkəyə daxil olub, mağazaların satış nəticəsində əmələ gələn nağd pul vəsaitlərini qəbul etməklə həmin vəsaitləri müvafiq kassa hesablarına daxil etdirirəm. Şirkət İlqar Avdiyevin adına sənədləşdirilməsinə baxmayaraq, mağazalar şəbəkəsinin faktiki sahibi Abdullayev Seymur Azad oğludur”.
N.Rəhimova S.Abdullayevə onun göstərişi əsasında kassadan əvvəl 100 min, daha sonra 150 min manat verdiyini deyib: “Pul alınmasına dair tərəfimdən müvafıq kassa məxaric orderi tərtib edilib. 2015-ci ildə şirkətə məxsus 9 mağaza bağlanıb”.
İş üzrə məhkəmə prosesinin Yasamal Rayon Məhkəməsində keçiriləcəyi haqda məlumatlar var.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.