banner
banner

Gündəm

Elman Rüstəmovun müavini dindirildi

Elman Rüstəmovun müavini dindirildi

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun müavini Aftandil Babayev “MTN işi” üzrə istintaqda dindirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ləğv edilmiş MTN-in generallarının cinayət işi üzrə araşdırmalar zamanı məlum olub ki, Aftandil Babayevin 012-493-11-96 şəhərdaxili telefon nömrəsi 2015-ci il sentyabrın 22-dən dinlənilib.

Onun dinlənilməsini sabiq nazir Eldar Mahmudovun şifahi tapşırığı ilə general Sübahir Qurbanovun müavini Fizuli Əliyev sifariş verib.

Dinlənilməyə əsas kimi Azad Səlimli və Əflatun Hacıyev ad-soyadlı şəxsin gümüş məmulatlarının Türkiyədən ölkə ərazisinə qaçaq yolla gətirilməsi ilə məşğul olmaları göstərilib.

Generalların işi üzrə zərərçəkmiş kimi tanınan Aftandil Babayev istintaqda dindirilib. O bildirib ki, Mərkəzi Bankının idarə heyətinin sədr müavini vəzifəsində işləyir və istifadəsində 493-11-96 nömrəli xidməti telefon var: “Mən xidməti işlə əlaqədar həmin telefondan istifadə edib danışıqlar aparıram. Heç vaxt hüquq-mühafizə orqanlarına, o cümlədən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə dəvət olunmamışam, ora aparılmamışam. Mənə qarşı həmin nazirliyin əməkdaşları tərəfindən hər-hansı qanunsuz tələblər irəli sürülməyib”.

Qeyd edək ki, A.Babayevin dinlənilməsinə başlanılandan 3 həftə sonra Eldar Mahmudov vəzifəsindən çıxarılıb və onun generallarının cinayətlərinin ifşasına başlanılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.