Son günlər mətbuatda “Lotu Quli” kimi tanınan avtoritet Nadir Səlifovun adı tez-tez hallanmağa başlayıb. Ümumilikdə isə onun adı mətbuatın gündəmindən düşmür. Onun ötən il Türkiyədə öldürülən Rövşən Canıyevlə (“Lənkəranski”) mübarizəsindən, daha doğrusu, müharibəsindən çox yazılıb.
Azərbaycan sərhədlərindən kənarda baş verən kriminal olaylarda hər iki avtoritetin adamlarının adı da tez-tez çəkilib. “Lotu Quli” 17 ildir ki, həbsdədir, onun ölkədən kənarda baş verənlərdə birbaşa iştirakı da bu baxımdan istisnadır. “Lotu Quli”nin vəkilləri illərdir ki, onun vətəndaşı olduğu Gürcüstana ekstradisiyası üçün nəticəsiz çabalar göstərirlər.
Bugünlərdə isə onun adamlarının Bakıda, Nərimanovda baş verən kütləvi davada iştirak etmələri haqda xəbər yayılıb. Bu xəbərlərdən əvvəl isə “Lotu Quli”nin qəddar göstərilməsi üçün kampaniya aparılır.
Mətbuatda anonim mənbələrə istinadən yanvarın 9-na keçən gecə Bakının Nərimanov rayonunda baş vermiş atışmada kriminal avtoritetlər Rafiq Eyvazovun (Rafiq Masallinski) və Nadir Səlifovun («Lotu Quli») adamlarının iştirak etdiyi vurğulanır. Bununla bağlı “Lotu Quli”nin vəkili Təranə Əliyeva virtualaz.org-a xəbərləri şərh edib.
“Bu məlumatı oxuyandan dərhal sonra müvəkkilimlə əlaqə saxladım. N.Səlifov qəti şəkildə bu məlumatı təkzib etdi. Son günlərdə bu, N.Səlifovla bağlı yayılan ikinci təxribatçı yalan məlumatdır”, - T.Əliyeva bildirib.
“Lotu Quli” öz adamlarının Bakıdakı atışmada iştirakını qəti şəkildə təkzib edir.
“Ümumiyyətlə, mənim Bakıda adamlarım yoxdur. Bütün yaxınlarım Azərbaycanın hüdudlarından kənardadır. Bu yalan məlumatların haradan qaynaqlandığını bilirəm və jurnalistlərə məsləhət görürəm ki, bəzi dairələrin mənə qarşı təxribatlarına aldanmasınlar”, - müvəkkilinin adından çıxış edən vəkilin bəyanatında deyilir. Qeyd edək ki, KİV-in məlumatına görə, bir neçə gün öncə “Lotu Quli”nin adamları kriminal avtoritet “Rafiq Masallinski”ni qəddarcasına döyüblər və onun bir qulağını kəsiblər. Zorakılığı əks etdirən foto isə sosial şəbəkələrdə və Azərbaycan KİV-də yayımlanmışdı.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.