Dünyanın ən güclü ordularının siyahısında Azərbaycanın da ilk 50 ölkə arasında olması müsbət haldır. Bu, ordudakı inkişafı göstərir. Bu cür siyahıların tərtib edilməsində BMT-yə təqdim edilən hesabatların da böyük rolu var".
Bu sözləri ANS PRESS-ə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib. Onun sözlərinə görə, son illərdə Azərbaycanın silahlı qüvvələrində aparılmış işlər, hərbi texnikanın, silah-sursatın alınması da Azərbaycanın reytinqinin qalxmasına təsir edib.
"O ki qaldı Ermənistana, bu ölkə həm iqtisadi, həm də hərbi cəhətdən Rusiyadan tam asılı bir dövlətdir. Buna görə də Rusiyada olan çətinliklər Ermənistana da öz təsirini göstərir və Ermənistanın adının bu siyahıda olmaması tam normaldır", - deyə ekspert əlavə edib.
Üzeyir Cəfərovun fikrincə, yaxın bir neçə ildə Azərbaycan ən güclü ordular siyahısında daha da irəliləyəcək. "Mənim fikrimcə, 2015-ci ilin ikinci yarısında tərtib olunacaq reytinq siyahısında Azərbaycan daha yüksək pillələrə qalxacaq", - deyə o əlavə edib.
Xatırladaq ki, “Global Firepower” saytı dünyanın ən güclü ordularının siyahısını tərtib edib. Həmin siyahıda Azərbaycan Ordusu 106 ölkə içərisində 50-ci yerdədir. Siyahıda ilk onluqda müvafiq olaraq ABŞ, Rusiya, Çin, Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya və Yaponiya yer alıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.