banner
banner

Hərbİ

Türk general: Azərbaycan ordusu sürətlə inkişaf edir

Türk general: Azərbaycan ordusu sürətlə inkişaf edir
Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu komandanı, ordu generalı Musa Avsever Azərbaycanın İstanbuldakı baş konsulluğunu ziyarət edib.
Axar.az xəbər verir ki, baş konsul Məsim Hacıyevlə keçirilən görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti, o cümlədən iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
M.Avsever Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasından narahatlığını ifadə edib. Bildirib ki, Azərbaycan Ordusunun modernləşərək sürətlə inkişaf etməsi Türkiyədə qardaş sevinci ilə qarşılanır. Qardaş ölkədə hərbi hissələrin yüksək standartlara uyğun qurulması olduqca qürurvericidir.
 
Azərbaycanın İstanbuldakı diplomatik nümayəndəliyini ziyarət etməsini ölkəmizə və xalqımıza rəğbət kimi dəyərləndirən M.Hacıyev Türkiyənin sürətli inkişafının ölkəmizdə məmnunluq doğurduğunu söyləyib. Baş konsul diqqətə çatdırıb ki, Azərbaycan xalqı bütün məsələlərdə, o cümlədən terrorçuluqla mübarizədə bundan sonra da Türkiyə xalqının yanında olacaq.
 
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdikləri siyasi iradənin əhəmiyyəti yüksək dəyərləndirilib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.