banner
banner

Gündəm

“Prezident iradlarında haqlıdır” - Bank sektorundakı “OYUNLAR”...

“Prezident iradlarında haqlıdır” -

Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bank sektorunu kəskin tənqid edib. Dövlət başçısı qeyd edib ki, keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılıb, nəzarət gücləndirilib, şəffaflıqla bağlı tədbirlər görülüb, həmçinin cəza və inzibati tədbirlər görülüb: 
“Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”.

Sabiq deputat, iqtisadçı Nazim Məmmədov Modern.az-a açıqlamasında ölkə başçısının haqlı narazılıqları ilə bağlı problemləri sadalayıb:

“Azərbaycan iqtisadiyyatının ən böyük problemi inhisarlaşmadır. Bu inhisarlaşma bank sektorundan kənar keçməyib. Bank sektorunun, o cümlədən Azərbaycan iqtisadiyyatının inhisarlaşmasını aradan qaldırmaq, ucuz və uzunmüddətli resurslarla təmin etmək iqtisadiyyatın dirçəlməsinin yeganə yoludur.

Banklar iqtisadiyyatın lokomotividir. Bank sektorunda hər hansı xoşagəlməz hal baş verirsə, avtomatik olaraq iqtisadiyyatın digər sektorlarına da sıçrayır.

Hələ 2012-ci ildən siqnallar gəlirdi ki, Beynəlxalq Bankın girovsuz verilən kreditləri var. Həmçinin, geri qaytarılmayan kreditlərin həcmi heç də bankların elan elədiyi qədər 3-4 faizin altında deyil, daha çoxdur. Avtomatik olaraq ölkədə kreditlərin 50 faizindən yuxarısı Beynəlxalq Bankın hesabına verilmişdi. Böyük layihələr, “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramında və cənab prezidentin də açılışında iştirak etdiyi bir çox müəssisələr üçün də Beynəlxalq Bank kredit vermişdi. Bir müddət sonra onlar dayandı. Görünən o idi ki, Beynəlxalq Bankın verdiyi kreditlər layihənin tutumundan artıq qeyd edilib və kifayət qədər vəsait mənimsənilib, vəsaitlərin əksər hissəsi ölkədən xaricə çıxarılıb. Avtomatik olaraq digər bankların da bu və digər məsələlərdə, xüsusilə də geri qaytarılmayan kreditlərin həcmi baxımından oxşarlıq var. Ona görə də bank sektorunda baş verən bu sarsıntılar iqtisadiyyatın digər sektorlarını da çökdürdü. Ona görə də cənab prezident iradlarında haqlıdır”.

N.Məmmədov Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bank sektorunda apardığı sağlamlaşdırma siyasətiilə bağlı müəyyən nöqsanlar olduğunu bildirib:

“Maliyyə Bazarlarına Nəzarət Palatasının həyata keçirdiyi bankların sağlamlaşdırılma prosesindən razı qalmaq olardı. Amma çox təəssüf olsun ki, bank sektorunda ikili hakimiyyət, ikili nəzarət bir çox bankların problemlərini daha da artırdı. Azərbaycan banklarının əsas problemi ucuz maliyyə resurslarının olmamasındadır. Dövlət Neft Fondunun və Mərkəzi Bankın ehtiyatlarının xaricdə saxlanması ilə bağlı dəfələrlə fikir yürütmüşdük. Ölkə iqtisadiyyatında maliyyə çatışmazlığı var. Hüquqi və fiziki şəxslər 20-30 faiz kreditlərdən yararlanmaq məcburiyyətindədir. Yüksək faizlər bir tərəfdən əhalinin istehlak kerditlərinə əlçatanlığını məhdudlaşdırır. Digər tərəfdən isə biznes kreditləri yüksək faizlə verildiyinə görə Azərbaycan sahibkarları nə xarici bazarda, nə də daxili bazarda rəqabət apara bilir. Dövlət Neft Fondunun xaricdə saxlanılan vəsaitləri isə 1 faizdən də aşağı gəlirlilik verir. Azərbaycanın özünün kommersiya bankları xaricdən vəsait cəlb etmək məcburiyyətindədirlər. Bu vəsait heç də az deyil, təqribən 8-10 faiz civarındadır. Onun da sığorta və digər əlavələrini nəzərə alsaq, 12-13 faiz edir.

Təsəvvür edin ki, indi banklar 15 faizlik depozit qəbul edilər. Banklar bu depoziti qəbul edib öz gəlirlərini də üzərinə gəldikdə 20 faizdən yuxarı rəqəm alınır. Bu faizlərlə Azərbaycan bank sektorunu, Azərbaycan iqtisadiyyatını dirçəltmək, rəqabətqabiliyyətli etmək olmaz. Ona görə də ölkə başçısına məlumat verənlər yaddan çıxarmasınlar ki, bank sektoruna nəzarət edən Palata və Mərkəzi Bankın funksiyaları iqtisadiyyatı ucuz və uzunmüddətli resurslarla təmin etməkdir. Bu funksiyalar nə Mərkəzi Bank, nə də Palata tərəfindən yerinə yetirilir. Mənim fikrimcə, bu vəsaitlər olmayınca, Azərbaycanda bank sektorunda irəliləyiş əldə edilməyəcək. Vəsaitləri ciddi nəzarət altında korporativ idarəetmə mədəniyyəti yüksək olan banklara verməklə həm insanların əvvəl götürdüyü kreditləri yüksək faizlə əvəzləmək, həm də xaricdə saxlanılan gəlirlərdən Azərbaycanda daha yüksək gəlir əldə etmək mümkündür. Bu istiqamətdə addımlar atmaq lazımdır. Bunlar reallaşmayana qədər bizim danışdıqlarımızın heç bir əhəmiyyəti olmayacaq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.