banner
banner

Dünya

Türkiyə parlamentində yenə dava düşüb, xəsarət alanlar var - VİDEO

Türkiyə parlamentində yenə dava düşüb, xəsarət alanlar var -
Türkiyə parlamentində dava olub.
 
APA-nın məlumatına görə, insident Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişikliklər layihəsinin müzakirəsi zamanı baş verib.
 
3-cü maddənin müzakirəsindən sonra səsvermə başlayıb. Millət vəkilləri səs vermək üçün xüsusi kabinlərə doğru gediblər. Bu vaxt hakim Ədalət və İnkişaf (AKP) və müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri arasında qarşıdurma yaranıb və daha sonra yumruq davasına çevrilib.
 
Dava üzündən səsvermə yarımçıq qalıb. Bir qədər sonra isə maddə qəbul olunub. Maddənin lehinə 341, əleyhinə isə 139 səs verilib. Dəyişikliklərə əsasən, seçkilərdə iştirak üçün minimum yaş həddi 25-dən 18-ə endirilib, həmçinin bundan sonra hərbi qulluqçular millət vəkilliyinə namizədliklərini irəli sürə bilməyəcəklər.
 
***
 
Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişikliklər layihəsinin müzakirəsi zamanı yenə dava baş verib.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, insident 5-ci maddənin müzakirəsi zamanı baş verib.
 
Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri parlamentin kürsüsünü ələ keçirib. Bundan sonra hakim Ədalət və İnkişaf partiyasından (AKP) olan deputatlar CHP-çiləri kürsüdən uzaqlaşdırmağa çalışıblar.  İki partiyanın millət vəkilləri arasında dava düşüb, bir neçə millət vəkillərinin yaralandığı bildirilir. 
 
 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.