banner
banner

Dünya

Misirdə silahlıların hücumu nəticəsində 4 polis əməkdaşı ölüb

Misirdə silahlıların hücumu nəticəsində 4 polis əməkdaşı ölüb
Misirin Sinay yarımadasında silahlıların hücumu nəticəsində 4 polis əməkdaşı ölüb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Əl Əriş şəhər xəstəxanasının yaxınlığında baş verib. İlkin ehtimala əsasən, hücumu İŞİD-ə yaxın “Ənsər Beyt əl-Makdis” qruplaşması təşkil edib.
 
Qeyd edək ki, yanvarın 9-da Əl-Əriş şəhərində nəzarət-keçid məntəqəsində minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində 9 polis əməkdaşı ölüb, 10-u isə yaralanıb.
 
Qeyd edək ki, Misir ordusu artıq iki ildən çoxdur ki, Sinay yarımadasının şimalında ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.