Keşlənin Ələmdar Vəfadarov bəlası - İri şirkətlərin ayırdığı vəsaitin hesabı tələb olunur
Nizami rayonu Keşlə qəsəbə bələdiyyəsinə yenidən üzv seçilməklə, sədr postunu qorumağı bacaran Ələmdar Vəfadarov secicilərinin deyil, rayon rəhbərliyinin himayəsinə arxayın olaraq, özfəaliyyətlə məşğuldur.
CİA.az arazmedia.az-a istinadən xəbər verir ki, vəziyyət o həddə çatıb ki, ötən il Dövlət Neft Şirkətinin Keşlə bələdiyyəsinin hesabına müəyyən işlər görmək üçün 20.000 manat pulu ayırsa da, bələdiyyə sədrinin bu vəsait hesabına hansı işləri görməsini bilən yoxdur:
"Sədr nə bu, nə də "Azərsun"la "Veysəloğlu" şirkətlərinin bələdiyyəyə köçürdükləri vəsaitlə hansı işlərin görülməsinə, ümumiyyətlə, bu pulların hara xərclənməsinə aydınlıq gətirmir. Və yaxud başqa sual ortaya çıxır, sədr Keşlənin abadlaşması üçün müxtəlif şirkətlərindən ayrılmış pullarla bərabər, yerli sakinlərdən yığılmış torpaq vergilərini hara və nəyə xərcləmişdir?
Əgər qəsəbə üçün nəsə edibsə, o zaman hesabat təqdim etsin. Məgər Ələmdar Bəfadarov bilmir ki, dövlət və özəl şirkətlər həmin pulları ona yox, bələdiyyəyə ayırıb?".
Saytın iddiası ilə bağlı qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.