banner
banner

Gündəm

Davudoğlu Gülənlə görüşünü təsdiqlədi: ƏRDOĞANLA BİRLİKDƏ...

Davudoğlu Gülənlə görüşünü təsdiqlədi:

Keçmiş baş nazir Əhməd Davudoğlu Türkiyə Böyük Millət Məclisinin 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı Araşdırma Komissiyasına göndərdiyi mətndə Fətullah Gülən ilə nə üçün görüşdüyünü açıqlayıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Əhməd Davudoğlu Fətullah Gülən ilə keçirdiyi görüşün qərarını o vaxt baş nazir olan indiki prezident Rəcəb Tayyib Ərdoğan ilə birlikdə aldıqlarını deyib.

Əhməd Davudoğlu Fətullah Gülən ilə görüşü ilə bağlı bunları açıqlayıb: "2013-cü ildə BMT Baş Assambleyasının iclasına səfərim ərəfəsində baş nazirimiz cənab Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyimiz qiymətləndirmədə, bu quruluşun getdikcə artan bir şəkildə Türkiyə əleyhinə dairələrlə istifadə edilməyə uyğun hala gəlməsinə görə, Gülənin daha əvvəl edilən çağırışlar çərçivəsində Türkiyəyə gətirilərək nəzarət altına alınmasının zəruri olduğu qənaətinə gəldik".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.