banner
banner

Dünya

Bolqarıstan prezidenti: Rusiyanı sevirəm, ancaq..

Bolqarıstan prezidenti: Rusiyanı sevirəm, ancaq..
İstəmirəm ki, Bolqarıstan 19-cu əsrə qayıdıb, böyük güclərin təsir zonaları uğrunda mübarizəsinin qurbanı olsun.
 
Axar.az xəbər verir ki, bunu “Novinite” agentliyinə müsahibəsində Bolqarıstan Prezidenti Rosen Plevneliyev söyləyib.
 
“Rusiyanı sevirəm, amma Rusiya hakimiyyətinin təsir zonaları ilə bağlı siyasəti ilə razı deyiləm. Bu bizi 19-cu əsrə qaytarmaq deməkdir. Bunun Bolqarıstan üçün ağır fəsadları olacaq. ABŞ və Rusiya konstruktiv münasibətlər qurmalıdır. Bu isə maraqlar və hakimiyyət üzərində yox, qanunun aliliyi prinsipləri əsasında əldə edilməlidir. Rusiya və ABŞ arasında təsir zonalarına əsaslanan razılaşma Bolqarıstana 1878-ci ildə Berlin konqresi zamanı vurulan zərbəni təkrarlaya bilər. O zaman Balkanlar Avstriya-Macarıstan və Rusiya arasında təsir zonalarına bölünmüşdü”, – deyə o bildirib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.