banner
banner

Dünya

İraq qüvvələri Mosul uğrunda döyüşləri davam etdirir

İraq qüvvələri Mosul uğrunda döyüşləri davam etdirir
Çərşənbə günü Birləşmiş Millətlər Təşkilatının İraqdakı yüksək səviyyəli rəsmisi 75 min mülki vətəndaşın hələ də Mosulun İŞİD-in nəzarət etdiyi qərb hissəsində ilişib qaldığını bildirib.
 
BMT-nin Humanitar koordinatoru Liz Qrande müxbirlərə Ərbildə çəkdiyi videoda deyib ki, ötən ay döyüşlər intensivləşəndən bəri şərqi Mosulun 80 faizi İraq təhlükəsizlik qüvvələrinin nəzarəti altına keçib.
 
Bu, BMT və təşkilatın humanitar tərəfdaşlarının azad olunan ərazilərdə milyon yarım insanı yardım, didərgin düşənləri isə düşərgələrlə təmin etmələrinə imkan yaradıb.
 
Bu irəliləyişlərə baxmayaraq, Qrande xəbərdarlıq edib ki, qərbi Mosul uğrunda döyüş başlayanda mülki vətəndaşlar ciddi təhlükə və mühasirə ilə üzləşə bilərlər.
 
Humanitar işçilər Mosul hücumunu bir il öncə planlaşdırmağa başlayıb və bir milyona yaxın insanın didərgin düşməsi kimi üzləşə biləcəyi ən pis ssenariləri də nəzərə alıb. Ən dəhşətli proqnozlar həyata keçməyib, lakin ən böyük döyüşlər hələ ki, qabaqdadır ("Amerikanın səsi").


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.