Ermənistan Müdafiə Nazirliyindən əsgərimizin meyiti ilə bağlı yeni AÇIQLAMA
“Azərbaycan ordusunun əsgərinin meyitinin qaytarılması ilə Ermənistan səlahiyyətli orqanları məşğul olur”. Bu sözləri Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan bildirib: "Danışıqlar gedir, araşdırma aparılır. Ermənistanın səlahiyyətli orqanları meyitlə bağlı məsələlərlə məşğul olur".
Xatırladaq ki, dekabrın 29-də Azərbaycan Silahlı Qüvvələri inin əsgəri Çingiz Salman oğlu Qurbanov Ermənistanın Tavuş rayonu ilə sərhəddəki atışmada həlak olub və onun meyiti düşmən əlinə keçib. Ermənilər hələ ki cəsədi qaytarmağı lıəngidirlər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.