banner
banner

Gündəm

Çexiya Azərbaycandan qaz alacaq

Çexiya Azərbaycandan qaz alacaq
Azərbaycan və Çexiya dayanıqlı iqtisadi münasibətlər qurublar.
Bunu Bakıda keçirilən Azərbaycan-Çexiya biznes-forumunda Çexiyanın Sənaye və Ticarət naziri Yan Mladek deyib.
Nazirin sözlərinə görə, Azərbaycan Çexiyaya strateji neft tədarükçüsüdür:
"Bu gün bu ixracat Çexiyanın enerji ehtiyaclarının üçdə bir hissəsini təmin edir. Çexiya “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində də maraqlıdır".
Y.Mladek qeyd edib ki, Azərbaycanla Çexiya arasında münasibətlər qeyri-neft sektorunda da dinamik inkişaf edir:
"Qlobal iqtisadi böhrana baxmayaraq, Çexiya iqtisadiyyatı artır ki, bu da ikitərəfli iqtisadi əməkdaşlıq perspektivlərini artırır. Çexiya şirkətləri üçün Azərbaycanda kənd təsərrüfatı, qida məhsulları, səhiyyə və digər sahələrdə böyük imkanlar mövcuddur".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.