banner
banner

Gündəm

Lütfi Zadənin xanımı vəfat etdi

Lütfi Zadənin xanımı vəfat etdi

Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadənin həyat yoldaşı Fey Zadə yanvarın 17-də vəfat edib.

Bu barədə Oxu.Az-a AzTU-nun texnika elmləri doktoru, Lütfi Zadənin elmi irsinə həsr olunmuş “Soft Computing” üzrə Ümümdünya Konfransının Baş katibi, Lütfi Ə.Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti Şahnaz N.Şahbazova məlumat verib.

 

Ş.Şahbazova Fey Zadə ilə bağlı maraqlı xatirələrini bölüşüb:

 

“O, çox açıqürəkli, səxavətli, ağıllı və gözəl insan idi. Mənim onunla bağlı çox xatirələrim var. 15 dekabr 2016-ci ildən başlayan və 15 fevral 2017-ci ilə qədər davam edəcək ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetində elmi-tədqiqat işimlə əlaqədar demək olar ki, hər gün Lütfi və Feyi ziyarət edirəm. Bu ağır gündə professor Lütfi Zadəyə dəstək olaraq güclü olmağı tövsiyə edirəm.

 

Mən “Fulbright” qrantını 2007-ci ildə qazanaraq Berklidə olarkən Fey Zadə ilə görüşüb dostlaşmışam. O, elə mənəviyyatlı xanım idi ki, onu sevməmək mümkün deyildi. Mən onun mehriban, hörmətli, diqqətli söhbətlərini yaxşı xatırlayıram. O, mənə qarşı çox qayğıkeş, səmimi və mərhəmətli idi. 2007-ci ildən indiyə qədər bizim dostluğumuz ona gətirib çıxardı ki, mən onların ailə üzvünə çevrildim. Mən elə hiss edirəm ki, anamı bir daha itirdim”.

 

Allah rəhmət eləsin!

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.