banner
banner

Gündəm

“Reina” terrorçusunun ilk ifadəsi yayıldı

“Reina” terrorçusunun ilk ifadəsi yayıldı
İstanbuldakı “Reina” klubuna hücum edən terrorçunun ilk ifadəsi ortaya çıxıb.
 
Publika.az xəbər verir ki, 39 adamı öldürən Abdulkadir Maşaripovun əslində İŞİD terror təşkilatından Taksim meydanında terror aktı törətmək tapşırığı alıb.
 
“Taksimə getdim, amma orada təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Mənə təlimatı verən şəxslərlə yenidən təmas yaratdım. Ərazidə yeni hədəfin axtarılmasını istədilər. Sahildə taksi ilə gəzdim. “Reina” uyğun görünürdü. Təhlükəsizlik tədbirlərinin olduğu gözə dəymirdi. Rakkadakı adama məlumat verdim, o qəbul etdi”, - terrorçu bildirib.
 
O, ifadəsində Əfqanıstanda Əl Qaidə düşərgələrində silahlı təlim aldığını, daha sonra İŞİD-ə keçdiyini bildirib. Ötən ilin yanvar ayında isə Suriyadakı müharibəyə qatılması üçün təlimat alır. Bundan sonra İran üzərindən Türkiyəyə gələrək Konyada yerləşir. Konyada olduğu vaxt isə Rakkadan terror aktının təşkil edilməsi barədə təlimat gəlir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.