Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Lətifovun ailəsinə ağır itki üz verib.
ANS PRESS-in məlumatına görə, Ragim Lətifovun atası Əhəd Lətifov dünyasını dəyişib.
Əhəd Lətifovun vəfatı ilə bağlı "Bakıelektrikşəbəkə" ASC İdarə Heytəinin sədri Baba Rzayev, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyi, Azərbaycan respublikası İqtisadiyyat və Sənaye nazirliyinin rəhbərliyi və kollektivi, həmçinin Çingiz Məmmədov Ragim Lətifovun ailəsinə baş sağlığı verib.
Qeyd edək ki, Ragim Lətifov 1963-cü ildə Qəbələ şəhərində anadan olub. O, Azərbaycan Memarlıq və İnşaat Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.