banner
banner

Hərbİ

Komandir məcburi köçkünə fırıldaq gəlib - Generala şikayət

Komandir məcburi köçkünə fırıldaq gəlib

Yevlax rayonunun Duzdaq kəndində məskunlaşmış kəlbəcərli məcburi köçkün Əhmədov Nazim İslam oğlu şikayət məktubu daxil olub.

Şikayətçi yazır ki, 2013-cü il avqust ayının 28-də N saylı hərbi hissənin mayor rütbəli komandiri Faxrəddin Abdullayev, həmin hərbi hissənin bölük komandiri Ceyhun Bədirli və mülki vətəndaş Namazov Hikmət Cəmil oğlu onun işlətdiyi yanacaqdoldurma məntəqəsinə gələrək, birincinin gəlin köçməyə hazırlaşan qızının toyunu etmək üçün on min manat borc pul istəyiblər. Əvəzində isə "KİA RİO" markalı 10 VO 936 dövlət qeydiyyat nişanlı avtomobili girov qoyublar. F.Abdullayev şəxsən özü pulu götürməsi barədə iltizam kağızı yazaraq imzalayıb, digərləri də şahid kimi təsdiqləyiblər. Pulu ondan 20 günlüyə istəsələr də, qaytarmayıblar. Etibar üçün obyektdə saxladıqları avtomobil isə UNİBANK-da kredit yükü altında olduğu üçün altı aydan sonra axtarış elan edilmiş, nəhayət, bankın əməkdaşları polislə gələrək, məhkəmə qərarını Nazim Əhmədova göstərib maşını aparmışlar. N.Əhmədov şikayətlənir ki, bu gün də həminki vəzifələrində olan hərbi qulluqçuların borclarına sədaqətli olmadıqlarından niyə heç kəsin xəbəri yoxdur?

Moderator.az hörmətli müdafiə naziri Zakir Həsənovun zabit şərəfini hər şeydən uca tutduğunu hələ onun Daxili Qoşunlarda xidmət keçdiyi dövrdən bilir və elə bu əminlik də belə bir şikayət məktubunu ictimailəşdirmək qərarına gəlməyimizə təkan verib. Ümid edirik ki, bu cür şərəfli addan sui-istifadə edən hərbçiləri cəzalandırmaqda tərəddüd edilməyəcək, günahları sübuta yetiriləcəyi halda hətta mülki iş olmuş olsa belə bir məcburi köçkünün etibarından sui-istifadə edənlər layiqli cəzalaraını alacaqlar.

Moderator.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.