Aktyor Murad Yıldırım ilə ailə quran mərakeşli model İmanə El-Bani maraqlı açıqlama verib. Ailə qurduqdan sonra Murad ilə daha çox xoşbəxt olan İmanə deyib: "Toya qədər olan hazırlıqlar bizi çox yordu. Amma indi hər şey yaxşıdır. Mən özümü Muradın yanında çox xoşbəxt hiss edirəm. Aktyorla ilk tanışlığından da danışan model ondan aldığı ilk hədiyyəni də qeyd edib: Muradla ilk dəfə görüşəndə mənə bir dəstə gül vermişdi. Bu, mənim üçün çox gözəl bir hədiyyə idi". Qeyd edək ki, ilk toyları İstanbulda olan cütlüyün ikinci toyu ötən gün Mərakeşdə baş tutub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.